Piter Serafinoviç

Piter Serafinoviç

Aktyor, prodüser, ssenarist, bəstəkar

BİOQRAFİYA

Piter Şimon Serafinoviç — britaniyalı aktyor, yazıçı, bəstəkar və rejissordur. Serafinoviç 10 iyul 1972-ci ildə Liverpulda anadan olub. Atası beloru-polşa əsillidir. Onun babası Semyon Serafinoviçi (1911-1997), İkinci Dünya müharibəsi dövründə yəhudiləri qətlə yetirməkdə təqsirli bilərək məsuliyyətə cəlb etmək istəyirdilər. Piter Serfinoviç Lady of the Assumption Primary School və St Francis Xavier Secondary School məktəblərini bitirib. "Calcium" (2001) filminin və "Absurd təbiətşünaslıq" (2002-2005), "Piter Serafinoviçin şousu" (2007) seriallarının ssenaristi olub. "Ulduz müharibələri: Hissə 1 – Gizli təhlükə" (1999), "Qaç, gombul qaç" (2007), "Şon adlı zombi" (2004) film və "İstirahət zonaları və parklar" (2009-2015), "Kompüter mütəxəssisləri" (2006-2010), "Aqata Kristinin Miss Marplı" (2004-2014) və sair seriallarda çəkilib. "Arçer" (2009-2014), "Amerikalı ata" (2005-2014), "Cənubi Park" (1997-2016) cizgi filmlərində və "Warhammer 40,000: Fire Warrior" (2003) oyunlarının personajlarını səsləndirib. Absurd təbiətşünaslıq (2002-2005) serialına musiqi bəstələyib. "Calcium" (2001) filminin və Absurd təbiətşünaslıq (2002-2005), Piter Serafinoviçin şousu (2007) seriallarının prodüseri olub.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B5%D1%80%D0%B0%D1%84%D0%B8%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç