Mettyu Broderik

Mettyu Broderik

Aktyor

BİOQRAFİYA

Mettyu Neytan Broderik 21 mart 1962-ci ildə Manhettendə (Nyu-York ştatı, ABŞ) anadan olub. Daha çox “Ferris Byüller istirahətə çıxır” (1986), “Hərbi oyunlar” (1983), "Prodüserlər” (2005), “Qodzilla” (1998), “İnspektor Qadjet” (1999), “Xoş gəlmisiniz və ya qonşulara giriş qadağandır” (2006) filmlərindəki rolları ilə məşhurdur. Eyni zamanda “Kral Şir” trilogiyasında (1994–2004) Böyük Simba obrazını səsləndirib. İki dəfə “Toni” mükafatı laureatıdır. “Brayton-Biç haqqında xatirələr” (1993) görə, “Pyesdə ən yaxşı ikinci dərəcəli kişi rolu” kateqoriyasında və “Biznesdə çalışmadan necə uğur qazanmaq olar” (1995) filminə görə “müziklda ən yaxşı kişi rolu” kateqoriyasında mükafat qazanıb. Broderik ən yaxşı ikinci dərəcəli kişi roluna görə mükafat alan ən gənc aktyor kimi tarixə düşüb. 19 may 1997-ci ildə Broderik Sara Cessika Parker ilə ailə qurub. Cütlüyün Ceyms Uilki Broderik (28 oktyabr 2002) adlı oğlu və surroqat anadan doğulmuş Marion Loretta Eluell və Tabita Xoc (22 iyun 2009) adlı əkiz qızları var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matthew_Broderick

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç