Tommi Flenaqan
Aktyor
Tommi Flenaqan 3 iyul 1965-ci ildə Şotlandiyanın Qlazqo şəhərində anadan olub. Ailəsində özündən başqa dörd uşaq olub. Altı yaşı olanda atası ailəni tərk edib. Cavanlığında Tommi rəssam, dekorator və dicey işləyib. Məhz dicey işlədiyi vaxt üzündəki böyük çapıqlarını qazanıb. İşlədiyi pabın girişində oğruların hücumuna məruz qalır, onlar Tomminin əynindəki paltonu və musiqi plastinkalarını verməsini tələb edir. Yaranan qarşıdurma zamanı bıçaqla yanaqlarını kəsib, üzünü eybəcər hala salırlar. Həmin hücumdan sonra Tommi dərin depressiya keçirib. Əvvəlki normal həyatına qayıda bilməyəcəyini düşünüb. Ancaq çətin vaxtlarında sadiq dostları Rober və Karolina ona özünü aktyor kimi sınamağı tövsiyə edib. Tommi “Raindog” teatrına daxil olub, üç ilə yaxın müxtəlif tamaşalarda səhnəyə çıxıb. Paralel olaraq həmdə televiziya layihələrində iştirak etməyə başlayıb. Kinoda debütünü 1995-ci ildə gerçəkləşdirib. Mel Gibsonun rejissoru olduğu və baş rola çəkildiyi “Cəsur ürək” tarixi dramına dəvət olunub. Gəncliyində aldığı dərin çapıqlar onun aktyor karyerasında yüksəlməsinə heç bir əngəl olmayıb. Əksinə xarizmatik görünüşünə görə, bir çox blokbasterlərdə döyüşçü rollarına ən yaxşı namizədlərdən olub. “Anarxiyanın övladları” serialında Filip Telford rolu ilə məşhurlaşıb. Həmçinin yüksək reytinqli Hollivud filmlərində ikinci dərəcəli döyüşçü və ya xüsusi təyinatlı rollarını oynayıb. Daha çox “Qladiator” (Gladiator – 2000), “Cəsur ürək” (Brave Heart – 1995), “Günahlar şəhəri” (Sin City – 2005), “Yad Yırtıcıya Qarşı” (AVP – 2004) filmlərində oynadığı rollara görə tanınır. Ailəlidir. 2012-ci il təvəllüdlü qızı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A4%D0%BB%D1%8D%D0%BD%D0%B0%D0%B3%D0%B0%D0%BD,_%D0%A2%D0%BE%D0%BC%D0%BC%D0%B8_(%D0%B0%D0%BA%D1%82%D1%91%D1%80)