Con Toll
Operator, prodüser
Con Toll 15 iyun 1952–ci ildə Klivlend şəhərində (Oqayo ştatı, ABŞ) anadan olub. 19 yaşında Los-Ancelesə şəhər kollecində oxumaq üçün köçür. Bu vaxtda kino aləmində çalışmağa başlayır. İlk zamanlar kino operatorun assistenti işləyən Con Toll sənədli və reklam filmlərini çəkir. “Payız əfsanələri” və “Cəsur ürək” filmlərindəki ən yaxşı operator işinə görə “Oskar” mükafatı lauretıdır. ”Nazik qırmızı xətt” filmindəki işinə görə “Oskar” mükafatına namizəd olub. “Kapitan Korelli” (2001), “Buludlu atlas” (2012), “Dəmir adam 3” (2013), “Sonuncu samuray” (2003), “Vanil səma” (2001), “Külək” (1992), “Reallığı dəyişənlər” (2011) və sair filmlərinin operatoru olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_Toll