Rita Kortese

Rita Kortese

Aktrisa, müğənni

BİOQRAFİYA

Rita Kortese – argentinalı teatr, kino və televiziya aktrisası, müğənnidir. 1949-cu ildə Argentinada dünyaya gəlib. 1967-ci ildə ədəbiyyat və fəlsəfə üzrə ali təhsil almağa başlayıb. Ancaq çox keçmədən universiteti atıb. Bir neçə ildən sonra 1974-cü ildə Nestor Raymondinin teatr məktəbinə daxil olub. Səhnə karyerasına 1972-ci ildə Teatro Latino de San Telmo teatrında başlayıb. Mavi ekranlarda ilk rolunu 1984-cü ildə oynayıb. Kino və televiziyada daha çox qeyd olunan film və seriallara görə tanınır: “Miras” (Herencia), “Vəhşi hekayələr” (Relatos salvajes), “İki Qardaş (Dos hermanos), “Dul qadınlar” (Viudas) , “Bu qadın” (Esa mujer), “Əsatirlər: Birdəfəlik sevginin salnamələri” (Mitos, cronicas del amor descartable), “Lalola”  (Lalola), “Gizli Atalar” (Los secretos de papa), “Argentina ənənələri” (Costumbres argentinas), “Mənim Ümidim”  (Esperanza mia). Çəkiliş meydançalarında Kortesenin tərəf-müqabilləri Mariano Martines, Karola Reyna, Federiko Deliya, Andrea Del Boka, Florensiya Raqqi, Romina Qaetani, Lusiana Lopilato, Fabian Ljianola, Qustavo Bermudes, Xulyeta Orteqa, Xulyeta Silberberq kimi aktrisa və aktyorlar olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/rita_cortese/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç