Leonardo Sbaralya
Aktyor
Leonardo Maksimo Sbaralya - argentinalı aktyordur. Daha çox Argentina və İspaniya istehsalı olan filmlərdə çəkilir. Ara-sıra meksikalı kinematoqraflarla da əməkdaşlıq edir. Həmçinin “Qırmızı işıqlar” adlı ingilisdilli filmə çəkilib. Sbaralya 30 iyun 1970-ci ildə Buenos-Ayresdə anadan olub. Anası Roksana Randon yerli teatr aktrisası olub. Leonardo aktyor karyerasını 16 yaşında rejissor Ektro Oliveranın “Karandaş gecəsi” adlı siyasi-sənədli dramında oynadığı rolla başlayıb. 1987-ci ildə “Klave-de-sol” adlı sabun operasında oynadığı rolla argentinalı gənclər arasında populyarlaşıb. 1998-ci ildə İspaniyaya mühacirət edib. 2001-ci ildə Eysebio Ponselo ilə rejissor Xuan Karlos Fresnadilyonun “İntakto” trillerinə çəkilib və ilin aktyoru adını qazanaraq, “Qoya” mükafatını əlinə alıb. Daha sonra Herardo Veranın “Arzuların oteli” (2002) filminə və klassik yazıçı prosper Merimenin “Karmen” əsərinin ekranizasiyasına baş rola çəkilib. 2005-ci ildə yenidən rejissor Antonio Ernandeslə əməkdaşlıq edərək, “Sərhədsiz şəhər” filminə çəkilib. 2007-ci ildə “Salvador” filmində oynadığı rola görə "Ən yaxşı ikinci dərəcəli aktyor" nominasiyasında “Qoya” mükafatına namizəd olub. 2005-ci ildə Uelva şəhəri Leonardonu fəxri mükafatla təltif edib. Bir müddət sonra Robert De Niro və Siqurni Uiver kimi ulduzlarla “Qırmızı İşıqlar” adlı ilk ingilisdilli filmə çəkilib. Şəxsi həyatına gəlincə 2001-ci ildə argentinalı rəssam və heykəltəraş Quadaluep Marinlə ailə həyatı qurub. Cütlüyün bir övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: