Oskar Martines
Aktyor
Oskar Martines – argentinalı aktyor və teatr rejissorudur. Oskar Martinesin kino karyerasına aparan yolu teatr səhnəsindən keçib. 70-ci illərin əvvəllərində böyük ekranlarda debütünü edib. 80-cı illərdən etibarən teatrda aktyorluqdan savayı, tamaşalara quruluş verməyə də başlayıb. 1984-cü ildən etibarən mütəmadi olaraq bədii filmlərə çəkilir. 1991-ci ildə prestijli “Koneks” mükafatı ilə təltif edilib (aktyor kimi), 2001-ci ildə isə teatrın inkişafına verdiyi töhfələrə görə fəxri fərmana layiq görülüb. Dünya şöhrətini ona 2014-cü ildə ekranlara çıxan “Vəhşi hekayələr” filmində oynadığı rol gətirib. İki ildən sonra “Fəxri vətəndaş” filmində oynadığı rola görə “Venetsiya kinofestivalında “ Volpi Kuboku”na sahib çıxıb. Elə həmin il Oskar məşhur fransız filmi olan “1+1”in yerli remeykində baş rola çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: