Klaudiya Şiffer
Klaudiya Şiffer-alman supermodeli, kinoaktrisa və UNİCEF-in Böyük Britaniyadakı sülhməramlı səfiri.
Klaudiya Şiffer 1970 ci il, avqustun 25 ində Raynberq şəhərində, Haynts və Qudrun Şifferin ailəsində dünyaya gəlmişdir.
Tələbə vaxtı atasının firmasında işləyən Şiffer 17 yaşında ,Düsseldorfun gecə klublarının birində Metropolitan Models agentliyin direktoru Mişel Levantla tanış olur.Klaudiyanı Parisə aparıb model biznesində bacarığını sınamaq üçün valideyinlərini yola gətirir.Şiffer özü bu təklifi təsadüfi hesab edirdi və sınaq çəkişişindən sonra geri qaytaracaqlarını düşünürdü.
1987 ci ildə Klaudiya Parisə gəlir.1988 ci ilin iyul ayında ilk dəfə Fransanın Elle qadın jurnalının üz qabığında görünür.Tezliklə Chanel moda evindən əlverişli təklif alır və 1990 cı ilin payız-qış mövsümündə işə başlayır.Qısa zaman ərzində Şiffer beynəlxalq moda arenasına çıxır və Sindi Kroufordl, Linda Evanqelista, Naomi Kempbell, Helen Kristensen, Yeva Hresiqova kimi məşhurlarla eyni səhnəni paylaşır.
“Ginnesin rekordlar kitabına” görə jurnalların üz qabğında ən çox şəkili çap olunmaq üzrə Klaudiya Şiffer rekord qırıb.2015 ci ildə təxminən 1000 dəfə müxtəlif jurnalların üz qabığında görünmüşdür.Klaudiya Cosmopolitan, Elle, Esquire, GQ, Harper’s Bazaar, Marie Claire, Playboy, Rolling Stone, Time, Vanity Fair, Vogue jurnallarla birgə çalışmışdır.Şiffer demək olar ki, bütün məşhur modelyerlərin moda nümayişində iştirak etmişdir.
1990 cı ilin əvvəllərində Şiffer Guess geyim firmasının reklam kampaniyasında çəkilmişdir.1998 ci ildə L’Oreal firmasının siması olmuşdur.Həmçinin Citroën avtomobil şirkəti,Damas zərgərlik evi,Revlon KOSMETİK ŞİRKƏTİ VƏ bir çox məşhur şirkətlərlə əməkdaşlıq etmişdir.
1994-1999 cu illər ərzində Klaudiya illüziyaçı Devid Kopperfildə görüşmüşdür. 16 aylıq tanşışlıqdan sonra, 2002 ci ildə Klaudiya britaniyalı prodüser və rejissor Mettyu Vonla ailə həyatı qurur.Cütlüyün üç övladı var.