Pedro Almodovar

Pedro Almodovar

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Pedro Almodovar Kabalyero 25 sentyabr 1949-cu ildə İspaniyanın Südad-Real bölgəsində anadan olub. Dünya şöhrətini 1980-ci illərin 2-ci yarısında komediya, melodram janrlarında çəkdiyi filmlərlə qazanıb. 8 yaşında olanda ailəsi ilə birlikdə Estremaduruya köçüb. Orada əvvəl salezian, sonra fransiskan məktəbində oxuyub. 16 yaşında olan pulsuz-parasız təkbaşına Madridə köçüb. Bir çox iş yerlərini dəyişib, 12 il ərzində “Telefonika” şirkətində çalışıb. Daha sonra “Los Goliardos” teatr truppasının üzvünə çevrilib. Peşəkar teatrda kiçik rollar oynayıb, orada Karmen Maura ilə tanış olub. Fabio Maknamara ilə birlikdə parodiya pank-qlem-rok üslubunda musiqi qrupu təşkil edib. Vaxtaşırı olaraq yazdığı hekayələrini dərc elətdirir. 1980-ci ildə “Pepi, Lüsi, Bom və digər qızlar” adlı ilk tammetrajlı filmini çəkib. Filmin maliyyələşməsinə (yarım milyon peso) “Los Goliardos” qrupunun iştirakçılarından olan Feliks Rotaeta kömək edib. Film dərhal müstəqil dairələrdə və Alfavil kinoteatr şəbəkələrində böyük uğur qazanıb və onun böyük kinoya gəlişində tramplin rolunu oynayıb. Ekran əsərində 4 il ərzində gecə seanslarında nümayiş olunub. Almodovar homoseksualdır. 2002-ci ildən aktyor və fotoqraf Fernando İqlesiasla yaşayır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D1%8C%D0%BC%D0%BE%D0%B4%D0%BE%D0%B2%D0%B0%D1%80,_%D0%9F%D0%B5%D0%B4%D1%80%D0%BE  

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç