Aqustin Almodovar

Aqustin Almodovar

Prodüser

BİOQRAFİYA

Aqustin Almadovar Kabalyero – ispaniyalı prodüserdir. İspaniyanın Kalsada-de-Kalatrava şəhərində anadan olub. Tam adı Aqustin Almodovar Kabalyerodur. Madridin Komplutens Universitetində kimya üzrə elmi dərəcə alıb. 1986-cı ildə qardaşı rejissor, prodüseri Pedro Almadovarla birlikdə “El Deseo” prodüser şirkətini yaradıb. İspaniyanın Milli Kinematoqrafiya, İncəsənət və Elmlər Akademiyasının üzvüdür. “Arzunun qanunu” (1986), “Əsəb sarsıntısı həddinə çatmış qadınlar” (1988), “Məni bağla” (1990), “Kika” (1993), “Mənim sirrimin çiçəyi” (1995), “Canlı cisim” (1997), “Anam haqqında hər şey” (1999), “Şeytan dağ silsiləsi” (2001), “Onunla danış” (2002), “Pis tərbiyyə” (2004), “Sözlərin gizli həyatı” (2005), “Qayıdış” (2006), “İçində olduğum yad dəri” (2011) və digər filmlərə prodüserlik edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Agust%C3%ADn_Almod%C3%B3var

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç