Anton Yelçin

Anton Yelçin

Aktyor

BİOQRAFİYA

Anton Viktoroviç Yelçin 11 mart 1989-cu ildə Leninqradda (indiki Sankt-Peterburq) anadan olub. Rus əsilli amerikalı aktyordur. Yəhudi ailəsində dünyaya göz açıb. Valideynləri Viktor Arkayeviç Yelçin (1949 təv.) və İrina Qriqoryevna Yelçina (1957 təv.) cüt kanki sürmə üzrə peşəkar fiquristlər olublar. 1990-cı illərin sonundan film və teleseriallarda çəkilməyə başlayıb. Harri Potter rolu üçün sınaq çəkilişində iştirak edib. 2009-cu ildə onun iştirakı ilə Pavel Çexov rolunda çəkildiyi “Ulduz yolu” və Kayl Riz rolunda “Terminator: Xilasedici axtarışında” iki blokbaster ekranlara çıxıb. 19 iyun 2016 –cı ildə Los Ancelesdə, Studio sitidə evinin qarşısında 28 yaşlı Yelçinin meyiti tapılıb. Aktyorun meyitini dostları, Jeep Grand Cherokee markalı avtomobilinin bamperi və kərpic divar arasında sıxılmış vəziyyətdə tapıb. İstintaq zamanı məlum olub ki, Jeep Grand Cherokee markalı avtomobilindən çıxan aktyorun əl əyləcini çəkmədiyi və ötürücüləri neytrala qoyduğu məlum olub. 


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%95%D0%BB%D1%8C%D1%87%D0%B8%D0%BD,_%D0%90%D0%BD%D1%82%D0%BE%D0%BD_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç