Eysa Qonsales -
meksikalı aktrisa və müğənnidir. Eysa Qonsales 30 yanvar 1990-cı ildə Meksikanın Mexiko şəhərində anadan olub. Anası keçmiş meksikalı model Qlenda Reynadır. Atası Karlos onun 12 yaşı olanda motosiklet qəzasında həlak olub. Eysanın özündən böyük qardaşı var. 2003-2006-cı illərdə müxtəlif teatr kurslarına gedib. 2003-2004-cü illərdə "M&M" studiyasında aktyorluq sənətini öyrənib. 14 yaşında olanda "Televisa’s Centro de Educación Artística" studiya məktəbinə qəbul olunub, orada iki il oxuyub. 2008-ci ildə Nyu-Yorkda aktyor Li Strasberqin kurslarına gedib. Aktrisa kimi 2007-ci ildə "Lola: Lap çoxdan" serialında debüt edib
. Şəxsi həyatına gəlincə, 2011-2013-cü illərdə meksikalı biznesmen Pepe Diasla sevgili olub. Onun, həmçinin, Sebastyan Rulli, Liam Hemsvort və futbol ulduzu Kriştianu Ronaldu ilə münasibətlərdə olduğu deyilir. 2018-ci ildə aktyor Coş Düamellə görüşüb. 2020-ci ilin yayında amerikalı aktyor Timot Şalame ilə görüşüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Eiza_Gonz%C3%A1lez