Zak Snayder

Zak Snayder

Rejissor, ssenarist

BİOQRAFİYA
Zak Snayder 1 mart 1966-cı ildə Qrin Beydə (Viskonsin ştatı, ABŞ) doğulub. Bədii təhsilini Londonda (İngiltərə) və Pasadində (ABŞ) alıb. 90-cı illərin əvvəllərində "Reebok", "Nike", "Budweiser", "BMW", "SUBARU", "Magnum" kimi şirkətlər üçün reklam hazırlayıb. Bu istiqamətdə özünü istedadlı rejissor və ssenarist kimi göstərib. Zak televiziya reklamı sahəsində "Klio" mükafatı alır. "Jeep" şirkəti üçün çəkdiyi "Frisbee" adlı videosu Kann Film Festivalında "Qızıl Aslan" mükafatı qazanır. Zak Snayderin videoçarxlarına Harrison Ford, Robert de Niro, Ketrin Zeta-Cons, Maykl Cordan kimi ulduzlar çəkilib. Rejissorun ilk işlərindən birində basketbol ulduzu Maykl Cordan rol alıb. O, Zakın "Michael Jordan's Playground" sənədli filminə çəkilib. Film 1990-cı ildə ekranlara çıxıb. Snayder indiyədək Pasadində (Los-Anceles, Kaliforniya ştatı, ABŞ) ikinci həyat yoldaşı ilə birgə yaşayır. Onların altı uşağı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Zack_Snyder

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç