Qabriel Birn
Aktyor, prodüser, ssenarist
Qabriel Birn 12 may 1950-ci ildə Dublin (İrlandiya) şəhərində anadan olub. Uşaqlığında din xadimi olmaq istəsə də müəllim olub. Aktyorluq karyerasına ancaq 29 yaşından sonra başlayıb. 35-dən çox bədii filmdə rol alan aktyorun çəkildiyi ən məşhur filmlər “Dövlət müdafiəsi”, “Miller keçidi”, “Şüphəli şəxslər” və “Siqmatalar”dır. Aktyor on ilə yaxın irlandiyalı Eyn Okonnor ilə evli olub. Eyn Birnə görə, RTE-də yüksək vəzifəsindən istefa verərək Londona köçüb. Cütlük sonradan boşansa da, Eynin ölümünə qədər dostluq münasibətlərini saxlayıblar. 1988-1999-cu ilə qədər Birn amerikalı aktrisa Ellen Barkin ilə evli olub. Onlar “Siesta” filminin çəkilişləri zamanı tanış olublar. 1993-cü ildən ayrı yaşasalarda rəsmi olaraq 99-cu ildə boşanıblar. Onların Cek adlı oğlu və Romi adlı qızı var. 2014-cu ildə aktyor televiziya və film prodüseri Hanna Bet Kinq ilə evlənib, 2017-ci ilin fevralında cütlüyün bir qızı dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gabriel_Byrne