Recina Kinq

Recina Kinq

Aktrisa

BİOQRAFİYA

Recina Kinq 15 yanvar 1971-ci ildə Los-Ancelesdə (ABŞ) Tomas və Qloriya Kinqin ailəsində dünyaya gəlib. 1979-cu ildə valideynləri boşanıb. O, hələ uşaqikən karyera qurmaq qərarına gəlir və aktyorluq dərsləri alır. Yeniyetmə yaşlarında Recina Kinq NBC-nin əyləncəli serialı olan “227”-yə çəkilir. 1988-ci ildə Cənubi Kaliforniya Universitetinə daxil olub. 1990-cı illərdə ciddi rollar yaratmağa başlayır və “Qonşuluqdakı uşaqlar”, “Poetik Castis” filmlərinə çəkilir. Bir neçə epizodik roldan sonra R. Kinq 1995-ci ildə “Cümə” komediyası və “Ali təhsil” filminə çəkilir. 1996-cı ildə çəkildiyi “Cerri Maquayer” filmi onun karyerasında inkişafa təkan verir. Film yaxşı gəlir gətirməklə bərabər bir çox mükafat qazanır. Filmdə Recina kiçik, amma diqqətçəkən rol oynayır. Bu əsərdə o, əsas qəhrəmanın həyat yoldaşını canlandırır. Kinq həmçinin “Sevgi və nifrət arasında incə xətt”, “Dövlət düşməni” filmlərində də əsas qəhrəmanın həyat yoldaşını canlandırıb. 2002-ci ildə Recina NBC-nin “İnamın gücü” serialında rol alır. Serialın çəkilişləri 6-cı seriyadan sonra dayandırılır. 2003-cü ildə aktrisa böyük kinoya qayıdır və “Növbətçi ata”, “Qanuni sarışın 2” filmlərinə çəkilir. 2004-cü ildə Recina Kinq “Rey” bioqrafik filmində Rey Çarlzın məşuqəsi rolunu canlandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Regina_King

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç