Cin Hekmən
Aktyor
Cin Hekmən 30 yanvar 1930-cu ildə San-Bernardino şəhərində (Kaliforniya ştatı, ABŞ) Lida Qrey və Yucin Ezra Hekmənin ailəsində anadan olub. XX əsrin ikinci yarısının ən məşhur və uğurlu kino aktyorlarından biri sayılır. Onun 40 ildən uzun çəkən karyerası var. Hekmən, əsasən, hüquq mühafizəçisi və hərbçi rolları yaradıb. “Fransız əlaqəsi”, “Körpü çox uzaqdadır”, “Missisipi alovlar içində”, “Bağışlanılmaz”, “Düşmənin arxasında” kimi filmlərdə məhz bu tipli rollar canlandırıb. Bununla yanaşı o, “Bonni və Klayde” filmində sadə amerikalı Bak Berrou, “Gecə hərəkətləri” filmində dedektiv Harri Mosbi, “Firma” filmində Eyveri Tolar və “Tenenbaum ailəsi” filmində Royal Tenenbaum kimi rolları yaradıb. “Danışıq” filmində yaratdığı psixi xəstə Harri Kola rolu onun kinoda ən uğurlu işi hesab edilir. İki dəfə “Oskar” və BAFTA, üç dəfə “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gene_Hackman