Nina Dobrev

Nina Dobrev

Aktrisa

BİOQRAFİYA

Nina Dobrev — bolqar mənşəli Kanada aktrisası. Aktrisanın debütü "Degrassi: The Next Generation" serialında tənha gənc ana rolu Mia Cons (Mia Jones) ilə olub. Lakin aktrisa The CW telekanalının dram janrında lentə aldığı "Vampirin gündəlikləri" teleserialından sonra dünya şöhrəti qazanıb. Dobrev Bolqarıstanın paytaxtı Sofiya şəhərində doğulub. İki yaşında ikən o, ailəsi ilə birgə sonradan məşhurluq qazandığı Kanadanın Ontario vilayətinin Toronto şəhərinə köçüb. Onun anası rəssam, atası isə kompüter mütəxxəsisidir. Onun Aleksandr adlı mühəndis təhsili alan böyük qardaşı var. Aktrisa Ontarioda J. B. Tyrrell Sr. ümumi məktəbində və "Wexford Collegiate School for the Arts in Scarborough"da təhsil alıb. Nina kiçik yaşlarından incəsənətə böyük maraq göstərərək rəqs, gimnastika, teatr, musiqi və aktrisalıqla məşğul olub. Dobrev həmçinin onun böyük istedadının aşkarlandığı Torontodakı "Dean Armstrong Acting" məktəbində də təhsil alıb. Nina Dobrev ingilis, fransız, bolqar dillərini bilir. "Vampirin gündəlikləri" teleserialında çəkilərkən, Dobrev, Atlantada yaşayırdı. Lakin 2015-ci ildə serialı bitirdikdən sonra Los-Ancelesə köçüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Nina_Dobrev

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç