Toni Caa
Aktyor, ssenarist, rejissor, prodüser
Toni Caa 5 Fevral 1976-cı ildə Taylandın Surin şəhərində doğulub. 11-12 yaşı olanda atası evlərinə televizor alır, ancaq televizorda Brüs Li, Cet Li və Ceki Çanın filmlərinə baxır və bu aktyorlara olan simpatiyası onu döyüş üzrə aktyor olmağa həvəsləndirir. 1986-cı ildə "Born to figh" (azərbaycanca: Döyüş üçün doğulmaq) filminə baxaraq daha da həvəslənir və öz qarşısına döyüş üzrə film kino ulduzu olmağı qoyur. Universitetdə oxuyarkən Taekvondo və Cüdo ilə məşğul olur. Bundan sonra Panom öz sənəti olan Muay Tay sənətini öyrənir. İlk dəfə 1997-ci ildə çəkilən "Ölümcül döyüş 2: Məhv etmək" filmində Robin Şu və Ceyms Remarın dublyorluğunu edib. 2003-cü ildə isə özünün "Onq-Bak: Muay Tay döyüşçüsü" filmi ekrana çıxır və məşhurlaşmağa başlayır. Ardınca "Cangüdən" (2004), "Əjdaha şərəfi" (2005), "Cangüdən 2" (2007), "Onq Bak 2" (2008), "Onq Bak 3" (2010), "Tom Yum Qunq 2" (2013), "A Man Will Rise" (2014), "Fast & Furious 7" (2014), "Skin Trade" (2015) filmlərində çəkilib.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Toni_Caa