Dipika Padukone

Dipika Padukone

Aktrisa, model

BİOQRAFİYA
Dipika Padukone 5 yanvar 1986-cı ildə Kopenhagendə (Danimarka) anadan olub. Atası Prakaş Padukone dünya səviyyəli badminton oyunçusudur, anası turizm agentidir. Dipika 11 aylıq olanda ailəsi Banqalora (Hindistan) köçür. Anişa adlı kiçik bacısı var (1991-ci il təvəllüdlü). Dipika Banqalorda "Sofiya" orta məktəbini, sonra "Mount Carmel" kollecini bitirir. Hələ orta məktəbdə ikən atası və babası kimi o da badminton oynayıb. Amma bu sahə onu cəlb etmir. 2005-ci ildə Dipika İndira Qandi adına Açıq Universitetin incəsənət fakültəsinə daxil olur. Onun aktyorluq debütü 2006-cı ildə çəkilmiş “Aişvarya” filmində olub. 2007-ci ildə Hindistanda çəkilişləri bitdikdən sonra böyük uğur qazanmış “Om Şanti Om” filmində ifa etdiyi Şanti rolu ona “Filmfare-Best Female Debut” mükafatını qazandırıb. 2008-ci ildə "Özünüzü qoruyun, gözəllər" filminin çəkilişləri zamanı aktrisanın Ranbir Kapurla romantik münasibəti başlayır. Amma cütlük 2010-ci ildə ayrılır. Dipikanın etiraflarına görə, Ranbir Kapur ona xəyanət edib. Sonradan Ranbir Kapurda da Dipikaya dəfələrlə xəyanət etdiyini etiraf edir. 2012-ci ildən bu günə qədər "Ram və Lila" filmindən tanış olduğu Bollivud aktyoru Ranvir Sinqhlə görüşür. 2017-ci ildə cütlük "Padmavati" filmində çəkilib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Dipika_Padukon

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç