Numi Rapas

Numi Rapas

Aktrisa

BİOQRAFİYA

Numi Rapas 28 dekabr 1979-cu ildə İsveçdə anadan olub. Qızlıq soyadı Norendir. Anası Nina Noren isveçli aktrisa, atası Rogelio Duran isə müsiqiçidir. Rapas 2007-ci ilədək atası ilə çox az-az görüşüb. Beş yaşında ikən anası ve ögey atası ilə birlikdə İrlandiyaya köçüb. Yeddi yaşı olanda artıq filmdə rol almağa başlayıb. Daha sonra karyerasında uğurlar əldə etmək üçün 15 yaşında Stokholmdakı teatr məktəbinə yazılıb. 1996-cı ildə ilk televiziya serialında - ”Üç tac”da çəkilir. Uzun illər teatrda çalışıb. “Əjdaha döyməli qız” isveç trillerində və onun iki davamı - “Odla oynayan qız” və “Hava saraylarını partladan qız” filmlərində Lisbet Salander rolunda çəkildikdən sonra aktrisa dünya şöhrəti qazanır. Lisbet roluna görə aktrisa İsveçin “Qızıl böcək” nüfuzlu mükafatına layiq görülüb. 2011-ci ildə Numi “Şerlok Holms: Kölgələr oyunu” detektivində Robert Dauni (kiçik) və Cud Lou ilə birlikdə baş rollardan birini ifa etməklə Hollivudda debüt edir. Növbəti il Ridli Skottun “Prometey” fantastik filmində Rapas baş rolda - arxeoloq Elizabet Şou rolunda çəkilib. 2001-ci ildə Numi özündən səkkiz yaş böyük olan isveçli aktyor Ola Rapasla ailə qurur. 2003-cü ildə onların oğulları dünyaya gəlib. Ancaq 2011-ci ildə Numi Rapas və Ola boşanıblar.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Noomi_Rapace

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç