Riçard Prays
Ssenarist, prodüser, aktyor
Riçard Prays – amerikalı yazıçı və ssenaristdir. “Səyyahlar” (1974), “Təkançılar” (1992), “Dəbdəbəli həyat” (2008) romanları ilə məşhurlaşıb. Onun əsərlərində daha çox 20-ci əsr Amerika həyatı realistik formada təsvir olunur və bu xüsusiyyətinə görə bir neçə mötəbər ədəbiyyat mükafatı ilə təltif olunub. Bir neçə əsərində hadisələr Nyu-Cersinin şimalında yerləşən “Dempsi” adlı uydurma şəhərdə cərəyan edir. O, romanlarından savayı kinofilm və seriallara da ssenari yazır. Kinematoqrafiyada daha çox “Dinləmə” (serial), “Bir gecə”, “Sevgi dəryası” (1989), “Pulların geri alınması” (1996), “Pulların rəngi” (1986) filmlərinin ssenaristi kimi tanınır. Karyerası ərzində ümumilikdə 23 televiziya/bədii film və seriala ssenari yazıb. Son işi – “Qərib” (The Outsider, 2019) serialının 9 epizoduna yazdığı ssenaridir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: