Antuan Bertran

Antuan Bertran

Aktyor

BİOQRAFİYA

Antuan Bertran 1977-ci il dekabrın12-də Kanadanın Qranbi şəhərində anadan olub.

1999-cu ildə Bertran teatrda debüt edir. 2002-ci ildə Sent-İasentdə teatr məktəbinə daxil olur.”Virgunie” serialına çəkilməklə aktyorluq karyerasına başlayır. Daha sonra “Sərhəd”, “Neptunun oyunu”, “İsveçdə qəsr”, “Həyat üçün vacib olan”, “Heyrətamiz hekayələr” kimi filmlərdə ikinci dərəcəli rollarda çəkilir. 2010-cu ildə Antuan Bertran "Ruen Norande" musiqi festivalının mətbuat katibi təyin olunur. Elə həmin il “Heyvanın harayı”, “Təpələrin titrəyişi” filmlərində çəkilir. 2011-ci ildə “Atacan” filmində çəkilməklə ilk uğuruna imza atır.

2014-cü ildə “Lui Sir” filmində ilk baş rolunu oynayır. Filmdəki obrazına görə ən yaxşı roluna görə Sezar mükafatına namizəd olur. 2016-cı ildə “Hər şey yaxşı olacaq" filmində çəkilir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın

https://en.wikipedia.org/wiki/Antoine_Bertrand

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç