Reffi Kessidi

Reffi Kessidi

Aktrisa

BİOQRAFİYA

Reffi Kessidi – Britaniyalı aktrisadır. Daha çox “Ağca və Ovçu” fantastik eposunda oynadığı rolu ilə məşhurlaşıb. 2000-ci ildə Böyük Britaniyada doğulub. Böyük bacısı Qreys Kessidi də aktrisadır. Doqquz yaşı olanda bacısının tutduğu yolla getmək qərarına gəlib. Kinodebütü “İspan: qrip pandemiyasının qurbanları” sənədli layihəsində baş tutub. İki ildən sonra Reffi BBC-də yayımlanan “Brinbörn küçəsi 32” serialının beş epizoduna çəkilir. 2012-ci ildə gənc Anjelika “Qaranlıq kölgələr” filmində gənc Anjelika rolunu oynayıb. Onun vampirlər haqqında komediyada oynadığı rol prodüserlərin diqqətini cəlb edib və bir müddətdən sonra “Ağca və Ovçu” nağılının ekran adaptasiyasına Ağca roluna dəvət olunur. Çəkiliş meydanında tərəf-müqabilləri Şarliz Teron, Kristen Stüart, Kris Hemsvort kimi tanınmış artistlər olub. Daha sonra rejissor Bred Bördün yüksək büdcəli “Gələcəyin Yer Kürəsi” adlı fantastik-macəra filmində yeniyetmə kiborq roluna çəkilir. Filmdə Corc Kluni, Hyu Lori kimi tanınmış aktyorlarla tərəf-müqabili olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/raffey_cassidy/

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç