Cenni Sleyt

Cenni Sleyt

Aktrisa, prodüser, ssenarist

BİOQRAFİYA

Cenni Sara Sleyt 25 mart 1982-ci ildə ABŞ-ın Massaçusets ştatının Milton şəhərində anadan olub. Atası Ron Sleyt şair, anası Nensi Sleyt keramika məhsulları hazırlayan sənətkardır. Evin ortancıl övladıdır. Yəhudi ailəsində boya-başa çatıb. Orta məktəbi bitirdikdən sonra Kolumbiya Universitetinə daxil olub. Ədəbiyyat üzrə təhsil alan aktrisa orada komediya çıxışlarındakı həmkarı Qeyb Lidmanla tanış olub. 2004-cü ildə universiteti bitirib. 2012-ci ilin sentyabr ayından 2016-cı ilə kimi rejissor Din Fleşer-Kemplə evli olub. Cütlük 2016-cı ilin may ayında ayrıldıqlarını elan edib. 2016-2017-ci illərdə “Vergili”  filminin çəkilişlərində tanış olduğu aktyor Kris Evansla eşq macərası yaşayıb. Daha çox “Bioloji övlad” filmində oynadığı baş rola görə tanınır. Bundan başqa məşhurlaşmasına “Parklar və istirahət zonaları”, “Yalan sakini” və “Qızlar” serialları kömək olub. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jenny_Slate

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç