Yekaterina Şpitsa

Yekaterina Şpitsa

Aktrisa

BİOQRAFİYA

Yekaterina Anatolyevna Şpitsa – rusiyalı teatr, kino, televiziya aktrisası, dublyaj aktrisası, teleaparıcı, hüquqşünas və müğənnidir. 29 oktyabr 1985-ci ildə Perm şəhərində anadan olub. Anası Qalina Fyodorovna Karpovskaya vəkildir. Atası Anatoli Vasilyeviç Şpitsadır. 13 yaşına qədər Komi Respublikasının İnte şəhərində yaşayıb. Xarici dillər təmayüllü eksperimental fransız məktəbində oxuyub. 1998-ci ildə KOD teatr-studiyasına daxil olub. Perm Dövlət universitetinin hüquq fakültəsinin məzunudur. 15 yaşından “Novaya drama” kamera teatrında (Perm) işləyib. 2005-ci ildə Moskvada müxtəlif film və seriallara çəkilir, Dövlət Milli incəsənət Musiqi Teatrının aktrisasıdır. 2013-cü ilin sentyabr ayında “Buz dövrü” teleşousunda Maksim Staviski ilə birlikdə çıxış edib. Doqquzuncu mərhələdən sonra cütlük "Tamaşaçı simpatiyası" mükafatını qazanıb. Fitnes salonları olan biznesmenlə evlidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%BF%D0%B8%D1%86%D0%B0,_%D0%95%D0%BA%D0%B0%D1%82%D0%B5%D1%80%D0%B8%D0%BD%D0%B0_%D0%90%D0%BD%D0%B0%D1%82%D0%BE%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç