Vladimir Maşkov

Vladimir Maşkov

Aktyor, rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Vladimir Maşkov 27 noyabr 1963-cü ildə Tula şəhərində (Rusiya) dünyaya gəlib. Yeddi yaşına qədər ailəsi ilə bərabər Frunze şəhərində (indiki Bişkək) yaşayıb. Atası, Lev Maşkov Novokuznetsk Kukla Teatrının aktyoru, anası, Natalya Nikiforova 1960-2015-ci illərdə bu teatrın baş rejissoru işləyib. Ana tərəfdən nənəsi İsveçrədən olan italyan idi. O, müəllim işləmək üçün Rusiyaya gəlib, orada ərə gedib. Vladimirin özündən böyük anabir qardaşı Vitalini anası birinci nikahından doğub. 1960-cı illərin sonunda Maşkov ailəsi Novokuznetsk şəhərinə köçür. 1980-ci illərin əvvəlində Novosibirsk Dövlət Universitetinin biologiya fakültəsinə qəbul olur. Bir il sonra qərarını dəyişərək, Novosibirsk Dövlət Teatr Məktəbinə daxil olur. Dava saldığına görə 1984-cü ildə onu məktəbdən xaric edirlər. Bununla barışmaq istəməyən Maşkov Moskvaya yollanır və Moskva Bədii Teatr studiya-məktəbinə daxil olur. Buradan da həddindən artıq dəlisov hərəkətlərinə görə qovulur və o, Moskva Bədii Teatrında dekorator kimi işə düzəlir. Bundan sonra V. Maşkov Oleq Tabakovdan dərs almağa başlayır, az sonra Tabakovun rəhbərlik etdiyi teatrda səhnəyə çıxır. Vladimir Maşkovun filmdə debütü 1989-cu ildə çəkildiyi "Keçinin yaşıl odu" filmi ilə olub. Daha sonra o, "Bunu birdəfəlik et" və "Ölüm adasında sevgi" filmlərinə çəkilir. 1990-cı ildə Moskva Bədii Teatr Məktəbini bitirir. Vladimir Maşkovun karyerası 1994-cü ildən sonra parlamağa başlayır. O, "Limit", "Moskva ətrafının gecələri" filmlərində baş rolları ifa edib. 1995-ci ildə aktyor "Amerikalı qızım" filmində baş rolda çəkilir. Bundan əlavə, bir çox Hollivud filmlərində "pis rus kişisi" obrazlarını canlandırıb. Rusiyanın xalq artisti (2010), "Nika" (1997, 2010), "Qızıl Qartal" (2008, 2010), "Taffy" (2008) mükafatlarının laureatıdır. Dörd evliliyindən bir qızı, iki nəvəsi var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Vladimir_Ma%C5%9Fkov

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç