Nikita Mixalkov

Nikita Mixalkov

Prodüser, rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Nikita Sergeyeviç Mixalkov 21 oktyabr 1945-ci ildə Moskvada (Rusiya) doğulub. Sovet kino rejissoru, ssenaristi və aktyoru, RSFSR xalq artisti (1984), "Xarici dildə ən yaxşı film"ə görə "Oskar" mükafatı laureatıdır (1994). Mixalkov kinoda 14 yaşından çəkilməyə başlayıb. 1960-cı ildə Vasili Ordınskinin filmində pioner rolunda, 1961-ci ildə isə "Kroşanın macəraları" filmində Vadim rolunda çəkilir. 18 yaşı olarkən o, Georgi Daneliyanın "Mən Moskvanı gəzirəm" filmində baş rolu ifa edir və orada eyniadlı mahnını oxuyur. Bu film Mixalkova böyük şöhrət gətirir. 1972-ci ildə ilk sovet reklam filmi olan "Şokolad"ın ssenari müəllifi olub. 1974-cü ildə 28 yaşlı Mixalkov özünün ilk filmini çəkir. Film "Özgələr arasında doğma, doğmalar arasında özgə" adlanırdı. 1974-1984-cü onillik Mixalkov üçün çox səmərəli keçir. Demək olar ki, hər il onun filmləri ekranlara çıxır, həmin filmlər beynəlxalq mükafatlar alır. 1980-ci illərdə Mixalkov ölkə hüdudlarından kənarda da bir çox uğurlu rollar ifa edir. Onun ən maraqlı rolları "Sibiriada", "İki nəfərlik vağzal", "Amansız romans" filmlərində olmuşdu. 1980-ci illərin axırlarında Mixalkov "Studiya TriTe" adlı prodüser birliyi yaradır. Bu birliyin iştirakı ilə 1991-ci ildə yaradılmış ilk film "Urqa – məhəbbət ərazisi" oldu. Bu film monqol ailəsindən bəhs edir. Nümayişindən sonra film beynəlxalq kinofestivallarda böyük səs salır, "Nika" mükafatına namizəd olur və "Ən yaxşı xarici dilli film" nominasiyasında "Oskar"a namizəd olur. Nikita Mixalkov 1992-ci ilin yanvarından Rusiya Beynəlxalq Mədəniyyət Fondu Rəyasət Heyətinin üzvüdür. 21 may 1993-cü ildə Mixalkov Rusiya Mədəniyyət Fondunun sədri seçilib. 1993-cü ildə qızı Annanın həyatından bəhs edən "Anna. 6-dan 18-ə", 1994-cü ildə "Günəşdən usanmışlar" filmini çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Nikita_Mixalkov

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç