Mit Louf

Mit Louf

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Mit Louf 27 sentyabr 1947-ci ildə Dallasda (ABŞ) doğulub. Atası Orvis Uesli Edey polis, anası Vilma Arti isə məktəb müəlliməsi işləyirdi. Mitin 15 yaşı olanda anası xərçəng xəstəliyindən vəfat edir, atası isə alkoqolizmdən əziyyət çəkirdi. Mit Loufun əsl adı Marvin Li Edeydir. 1981-ci ildə adını Maykla dəyişir. Lakin səhnə adı Mit Loufdur. 1965-ci ildə Mit orta məktəbi bitirir və “Lubbock Christian College”ə daxil olur. Daha sonra Şimali Texas Dövlət Universitetinə köçürülür. Özünün tərcümeyi-halında qeyd edir ki, anasının vəfatından sonra sərxoş atası bir dəfə onu bıçaqla öldürməyə cəhd edib, lakin Mit çətinliklə atasının əlindan qaçıb və həyatını xilas edib. 1967-ci ildə Los-Ancelesə köçür və bir müddət gecə klubunda çalışır. “Bat Out of Hell” musiqi albomunu çıxardıqdan sonra şöhrət qazanıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Meat_Loaf




FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç