Dennis Hopper 17 may 1936-cı ildə Kanzas ştatında (ABŞ) doğulub. Hopper 1950-ci illərin ortalarında Hollivudda “Bir səbəbsiz islahat" (1955) və “The Giant "(1956) filmləri ilə debüt edib. Hopper fotoqrafiya və şeirlərə böyük maraq göstərirdi. 1970-ci illərdə Hopper ciddi alkoqol və narkotik asılılığına düşür. Bu ərəfədə çox az filmdə çəkilir. 1983-cü ildə aktyor müalicə olunur və aktiv şəkildə karyerasına davam edir. Onun “Mavi məxmər” filmində yaratdığı psixopat, narkoman, qatil Frenk But obrazı tənqidçilər tərəfindən çox yüksək qiymətləndirilib. 2009-cu ilin oktyabrında aktyora prostat xərçəngi diaqnozu qoyulur və olduqca ciddi bir mərhələdə olduğu aşkar edilir. Dennis Hopper ümidsiz xəstə olduğunu və tezliklə öləcəyini ictimaiyyətə özü açıqlayır. O özündə güc taparaq fotoşəkillərdən ibarət 546 səhifəlik kitabını redaktə etməyi bacarır. Dennis Hopper 74 yaşında prostat xərçəngindən vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%BE%D0%BF%D...