Kevin Reynolds

Kevin Reynolds

Rejissor, ssenarist

BİOQRAFİYA
Kevin Reynolds 17 yanvar 1952-ci ildə Texas ştatında (ABŞ) doğulub. 1985-ci ildə Stiven Spilberqin prodüseri olduğu "Fandanqo" filmində rejissor kimi işləyib. Bu filmdən sonra Kevin Kostnerlə möhkəm dostlaşır. Daha sonra Reynolds Kostnerə "Canavarla rəqs" epik filmini çəkməyi tövsiyə edir (1990). Bu filmdə Reynolds ov səhnələrində ikinci rejissor olaraq çalışıb, lakin titrlərdə adı qeyd olunmayıb. Daha sonra onlar "Robin Qud: Oğrular şahzadəsi" (1991) adlı filmdə birgə işləyirlər, burada Kostner ikinci rejissor olaraq çalışıb. Reynolds Semüel L.Ceksonun baş rolda iştirakı ilə  1997-ci ildə “187” dramatik trillerini çəkir. Ardınca 2002-ci ildə çəkdiyi “Qraf Monte-Kristo” və 2006 –cı ildə “Tristan və İzolda” filmləri ilə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Kevin_Reynolds_(director)


FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç