Hyuqo Jelen

Hyuqo Jelen

Rejissor

BİOQRAFİYA

Hyuqo Jelen 1980-ci il mayın 4-də Parisdə böyük kinematoqrafiya tarixi olan ailədə anadan olub. Atası “Komissar Meqrenin araşdırmaları” serialından məşhur olan aktyor, ssenari müəllifi, prodüser və rejissor Ksavye Jelen 26 filmdə çəkilib, üç ekran əsərinə ssenari yazıb, iki filmə rejissorluq edib. Anası Evelin Gilbert bir filmdə çəkildikdən sonra vaxtını oğlunun tərbiyəsinə həsr edib. Hyuqonun tərbiyəsi ilə babası, fransız aktyoru Daniel Jelen və nənəsi, akjtrisa Daniel Delorm məşğul olub. Əmisi Manuel Jelen, bibiləri Mariya Şnayder və Fiona Jelen də bir çox filmlərdə çəkiliblər.

Hələ uşaq vaxtlarında Hyuqo Jelen bir neçə teatr tamaşasında iştirak edib. O, həyatını kinosuz təsəvvür edə bilmirdi. 90-cı illərin sonunda o, rejissor assistenti və operator kimi fəaliyyətə başlayır. 1999-cu ildə atasının başına gələn faciədən sonra Hyuqo fransız rejissoru estafetini qəbul edir.

2000 və 2002-ci illərdə şəxsi ssenarsi əsasında bir neçə qısametrajlı film çəkir. Həmin filmlər kinofestivallarda iştirak edir.

2002-ci ildən 2008-ci ilədək rekam çarxlarının istehsalı ilə məşğul olur. Sonra bəzi tammetrajlı filmlər üzərində işə başlayır. 2009-cu ildə Hyuqo Jelen filmlərin istehsalı ilə məşğul olan “Zazi” şirkətini yaradır.

2012-ci ildə “Qardaş kimi” adlı tammetrajlı filmini çəkir. Şəxsi ssenarisi əsasında çəkdiyi film bir neçə kinofestivalda iştirak etməklə bərabər, həmçinin bəzi mükafatlara da layiq görülür. Eyni zamanda “Ən yaxşı debüt” filmi olaraq "Sezar" mükafatı qazanır.

2013-cü ildə Hyuqo meksikalı rejissor Diyeqo Kemad-Diesin “Qızıl qəfəs” filminə ssenari yazmaqla bərabər prodüserlik edir. 2013-cü ildə film Kann kinofestivalının “Xüsusi baxış” proqramında göstərilir. Həmçinin bir neçə mükafata layiq görülür və prokatda uğur qazanır.

2013-cü ildə fransız aktrisa və müğənnisi HollySizin “Come back to me” mahnısına klip çəkir. Həmçinin HollySizin “Better than yesterday” ikinci klipini də çəkib.

2015-ci ildə Omar Si və Klemans Poezinin iştirakı ilə “Hər şey yaxşı olacaq” adlı ikinci filmini çəkir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:


https://en.wikipedia.org/wiki/Hugo_G%C3%A9lin


FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç