Adam Skott
Aktyor
Adam Skott 3 aprel 1973-cü ildə ABŞ-ın Santa-Kruz şəhərində anadan olub. Böyük qardaşı və bacısı var: Şennon və Devid. Adam Amerika Dram İncəsənət Akademiyasında ali təhsil alıb. 1994-cü ildən teleseriallara çəkilir, ilk dövrlərdə epizodik rollara çəkilib. “Qanun və qayda”, “Nyu-York polisi”, “Oğlan dünya görüşünü artırır”, “Biz beş nəfərik”, “Təcili Tibbi Yardım”, “Bir qətl”, “Müştəri hər zaman ölüdür”, “CSI: Cinayət yeri–Mayami”, “Veronika Mars” və digər serialların çəkilişi və səsləndirilməsində iştirak edib. 2009-cu ildə Adam Skott özünü prodüser kimi də sınaqdan keçirib. “Sərnişin yeri” filminin icraçı prodüseri olub. “Şənlik kralları” serialında Adam 2009-cu ildə mərkəzi rollardan birinə çəkilib. Layihəni tərk etdikdən sonra “Parklar və istirahət zonaları” serialının aktyor heyətinə qatılıb. Daha çox “De ki sevirsən” , “Şənlik sənətkarları”, “Parklar və istirahət zonaları”, “Ögey qardaşlar” seriallarında oynadığı rollara görə tanınır. Skott həmçinin reklam çarxlarına çəkilir. Şəxsi həyatına gəlincə 2005-ci ildə Naomi Sablan ilə ailə qurub. Cütlüyün iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BA%D0%BE%D1%82%D1%82,_%D0%90%D0%B4%D0%B0%D0%BC