Sara Mişel Gellar

Sara Mişel Gellar

Aktrisa, prodüser

BİOQRAFİYA

Sara Mişel Prins (Gellar) – amerikalı aktrisa və televiziya prodüseridir. Daha çox “Baffi – Vampir ovçusu” teleserialında Baffi Sammers rolu ilə tanınır. Aktrisa 14 aprel 1977-ci ildə Nyu-York şəhərində (ABŞ) anadan olub. Rozelin və Artur Gelların yeganə övladıdır. Yəhudi əsilli ailədə dünyaya gəlsə də, dindar deyil və uşaqlığından xristianlara aid olan Milad bayramını keçirir. Sara Mişel sonralar mətbuata verdiyi açıqlamada heç bir dini mənsubiyyətinin olmadığını bildirib. Televiziyada dörd yaşında debüt edib. 1984-cü ildə valideynləri boşandıqdan sonra anası ilə qalıb. Uşaqlığı və yeniyetməliyi Yuxarı İst-sayd rayonunda (Nyu-York) keçib. Columbia Grammar & Preparatory School məktəbində oxuyub. Şəxsi həyatına gəlincə 1 sentyabr 2002-ci ildə “Ötən il etdiklərinizdən xəbərim var” filminin çəkilişlərində tanış olduğu Freddi Prins-kiçiklə ailə qurub. Onlar toya qədər 2 il görüşüb. Ər-arvad “Skubi-Du” və “Skubi Du 2: Bədheybətlər azadlıqda” kimi filmlərə birgə çəkilib. Cütlüyün 2009-cu il təvəllüdlü Şarlotta Qreys Prins adlı qızı və 2012-ci il təvəllüdlü Rokki Ceyms Prins adlı oğlu var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%B5%D0%BB%D0%BB%D0%B0%D1%80,_%D0%A1%D0%B0%D1%80%D0%B0_%D0%9C%D0%B8%D1%88%D0%B5%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç