Rayan Hensen

Rayan Hensen

Aktyor

BİOQRAFİYA

Rayan Albert Hensen - amerikalı aktyor və komikdir. Daha çox “Veronika Mars” serialında Dik Kasablankes rolu ilə məşhurlaşıb. Bundan başqa “Ayın 13-ü, cümə” qorxu filminin remeykində Nolan və “Şənlik sənətkarları” serialında Kayl Brodvey rolu ilə tanınır. Hensen 5 iyul 1981-ci ildə ABŞ-ın Kaliforniya ştatının Fauntin-Velli şəhərində anadan olub. El Kaxonda boya-başa çatıb. Həyat yoldaşı ilə də elə həmin şəhərdə tanış olub və bir müddətdən sonra Los-Ancelesə köçüblər. Hensen “Həyat üçün təməl”, “Belə Reyven” və “Las-Veqas” kimi seriallarda qonaq rollarda çıxış etməklə peşəkar karyerasına başlayıb. 2004-cü ildə “Veronika Mars” serialında Dunkan Keyn roluna kastinqlərdə iştirak edib. Ancaq rol Teddi Danna nəsib olub, rejissor Rob Tomas ona əvəzində Dik Kasablankas roluna çəkilməyi təklif edib. 2008-ci ildə “Superqəhrəman kinosu” komediyasında rol alıb. Həmçinin “Alisa” müziklində Trevor MakNayt (Ağ cəngavər) rolunda səhnəyə çıxıb. Şounun təqdimatı iyulun 31-də baş tutub, tamaşa avqustun 10-a kimi davam edib. 2009-cu ildə “Ayın 13-ü, cümə” klassik qorxu filminin remeykində Nolan rolunu oynayıb. 2011-ci ildə “Dostca seks” sitkomunda Ben Lüis rolunu ifa edib. Hensen Emi Rassellə evlidir. Cütlüyün üç övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ryan_Hansen

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç