Ceyson Dorinq

Ceyson Dorinq

Aktyor

BİOQRAFİYA

Ceyson Uilyam Dorinq – amerikalı aktyordur. Daha çox “Veronika Mars” və “Ay işığı” filmlərində oynadığı rollarla geniş tamaşaçı kütləsinin diqqətini qazanıb. Ceyson Dorinq 30 mart 1982-ci ildə ABŞ-ın Ohayo ştatında dünyaya göz açıb. Tam adı Ceyson Uilyam Dorinqdir. Valideynlərinin adı Duq və Loridir. Ceyson ailənin böyük oğludur. Onun iki əkiz qardaşı (Robert və Ceyson) və iki əkiz bacısı (Kirsten və Kelsi) var. “Qadın briqadası”, “Xəfiyyə Raş”, “Boston ictimaiyyəti”, “Gəlmələrin şəhəri”, “Malibu xilasedicilər” seriallarının epizodlarına çəkilib. 2002-ci ildə “Domino’s Pizza”, “Pepsi” və “Honda” kimi brendlərin reklam çarxlarının çəkilişində iştirak edib. “Veronika Mars” filmində Ceyson Dorinq Loqan Eklz rolunu oynayıb. Ceyson əvvəl Dunkan roluna namizəd olub. Loqan rolunu isə Teddi Danna həvalə etmək istəyiblər. Ancaq iş elə gətirib sonda onu məşhurlaşdıran rol məhz Ceysona nəsib olub. Şəxsi həyatına gəlincə 2004-cü ildən Loren Katnerlə evlidir. Onun 2010-cu il təvəllüdlü Ouen Rayli Dorinq adlı oğlu və 2012-ci il təvəllüdlü Lilli Dorinq adlı qızı var.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jason_Dohring

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç