Rob Tomas

Rob Tomas

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Rob Tomas - amerikalı yazıçı, prodüser, ssenaristdir. “Veronika Mars” teleserialının yaradıcısıdır. Rob Tomas 15 avqust 1965-ci ildə ABŞ-ın Vaşinqton ştatının Sannisayd şəhərində anadan olub. 1983-cü ildə San Markose məktəbini bitirib və Texasın Xristian Universitetinə daxil olub. Amerika futbolu oynadığından idman təqaüdü alıb. 1987-ci ildə tarixşünaslıq ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Yeniyetmələr üçün romanlar yazmazdan əvvəl, Texasın Con Marşall məktəbində jurnalistika üzrə təhsil alıb. 1993-cü ilin avqustundan, 1995-ci ilin iyun ayına kimi “Channel One” telekanalında işləyib. “Satellite Down” adlı romanında da iş təcrübəsindən müəyyən məqamları danışıb. 1980-ci illərin ortaları, 1990-cı illərin əvvəllərində ardıcıl olaraq üç musiqi qrupunda: Public Bulletin, Hey Zeus və  Black Irish – çıxış edib. 2003-cü ildə “Veronika Mars” serialının rejissoru və ssenaristi kimi məşhurlaşıb. 2008-ci ildə “90210: Yeni nəsil” spinoffu üzərində işlərə başlayıb. Ancaq pilotun ssenarisini yazdıqdan sonra layihədən ayrılıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%BE%D0%BC%D0%B0%D1%81,_%D0%A0%D0%BE%D0%B1

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç