Ceyson Li

Ceyson Li

Aktyor

BİOQRAFİYA

Ceyson Maykl Li 25 aprel 1970-ci ildə Kaliforniyada (ABŞ) anadan olub. Uşaqlıqda bir çox amerikalı yeniyetmələr kimi skeytbordinqlə maraqlanıb. 13 yaşında olanda müxtəlif skeytbord yarışlarında iştirak edib. Artıq 18 yaşında olanda peşəkar skeytbordçuya çevrilib və idman dairələrində “360flip” ləqəbi ilə tanınıb. Elə həmin illərdə dostu Kris Pastrasla birlikdə skeytbordların istehsalı üzrə “Stereo Sound Agency” şirkətini təsis edir. 1990-cı illərin birinci yarısında musiqi kliplərinə çəkilməyə başlayıb. Ekranlarda ilk dəfə Ceyson Li “Mənim dəlisov həyatım” (1993) dramının qısa epizodunda görüntülənib. 2 ildən sonra daha ciddi rola – rejissor Kevin Smitin “Avaragurlar” filminə çəkilib. Aktyora şöhrət gətirən film “Eminin təqibi” filmi sayılır. Çəkiliş meydanını Ben Affleklə bölüşüb. Filmdə yüksək aktyorluq bacarığını ortaya qoyub və nəticədə çoxsaylı kino və televiziya layihələrinə təkliflər daxil olmağa başlayıb. Sonradan Kevin Smitin demək olar ki, bütün filmlərində rol alıb. Onun çəkildiyi ən uğurlu komediyalar “Doqma” (1999) və “Cey və susqun Bob zərbə endirir” (2001) filmi sayılır. Daha çox “Eminin təqibi” və “Elvin və Burunduklar” kinofranşizasında oynadığı rollara görə tanınır. Həmçinin “Mənim adım Erldir” serialında Erl Hiki rolu ilə məşhurdur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D1%81%D0%BE%D0%BD_%D0%9C%D0%B0%D0%B9%D0%BA%D0%BB

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç