Penelopa Kruz

Penelopa Kruz

Aktrisa

BİOQRAFİYA

Penelopa Kruz 28 aprel 1974-cü il Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan şəhərciyində (İspaniya) anadan olub. O, bərbər Ençarna Sançes və avtomobil mexaniki Eduardo Kruzun qızıdır. Uşaqlıqda heç kim ondakı aktrisalıq bacarığını görməsə də, hamı bu kiçik qızın hərəkətlərinin plastikasına diqqət edirdi. Dörd yaşı olanda valideynləri Penelopanı balet sinifinə yazdırır. Tezliklə Penelopa rəqs və cazla dərindən maraqlanmağa başlayır. İspaniya Milli Konservatoriyasında doqquz il klassik alətlərlə məşğul olandan sonra Penelopa rəqs mədəniyyətinə yiyələnmək üçün dörd ilə yaxın Kristina Rotadan dərs alır. Amma vaxt keçdikcə aktyorluq ön plana keçir və onun rəqsə olan marağı soyuyur. 14 yaşından Penelopa filmlərdə çəkilməyə başlayır. “Gözlərini aç”, “Arzularının qızı”, “Zirvədə qadın”, “Rinoda oyanarkən”, “Qotika”, “Sahara”, “Doqquz”, "Vanilli səma" filmləri ilə şöhrət qazanıb. 2008-ci ildə "Viki Kristina Barselona" filminə görə "Ən yaxşı ikinci plan aktrisası" kimi “Oskar” mükafatına layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Penelopa_Kruz

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç