Meloni Dias

Meloni Dias

Aktrisa, prodüser

BİOQRAFİYA

Meloni Dias 25 aprel 1984-cü ildə Nyu-York şəhərində, Puerto-Riko əsilli ailədə anadan olub. Uşaq vaxtlarında aktyorluq sənətinə meyli olub və məktəbi bitirdikdən sonra "The Professional Perfominq Art school" və "The Henry Street Settlemen" kollecində aktyorluq sənətini öyrənməyə başlayıb. Daha sonra Nyu-York Universitetinin nəzdində olan məşhur Tiş incəsənət məktəbini kino istehsalı sahəsi üzrə oxuyub. Teatr aktrisası kimi fəalliyyətə başlayan Dias, 2001-ci ildə “Tərsinə” kriminal komediyasında kinoda debüt edib. 30-a yaxın kino və televiziyada rolu olan Dias, “Doqtaun kralları”, “Müqəddəslərini necə tanımalı”, “Frutveyl stansiyası” filmlərindən tanınır. Melani iki dəfə “Azad ruh” mükafatına namizəd olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B8%D0%B0%D1%81,_%D0%9C%D0%B5%D0%BB%D0%BE%D0%BD%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç