Con Hört

Con Hört

Aktyor

BİOQRAFİYA

Ser Con Vinsent Hört 22 yanvar 1940-cı ildə İngiltərənin Çesterfil şəhərində anadan olub. Atası ixtisasca riyaziyyatçı olsa da, Şayrbruk şəhərciyinin kilsəsində işləyib. Anası mühəndis və aktrisa olub. Böyük qardaşı Maykl rahibliyi qəbul edərək özünü katolik kilsənin Qlenstal abbatlığına həsr edib. Con Hört aktyor karyerasına teatr səhnəsindən ayaq basıb. 1966-cı ildə “Bütün zamanların adamı” adlı "Oskar" mükafatlı filmdə oynadığı rolla Hollivud prodüserləri və rejissorlarının diqqətini cəlb edib. Uzun müddət televiziyada çalışıb, teleserial və filmlərə çəkilib. “Gecəyarı ekspress” (1978) filmində canlandırdığı Maks obrazına görə “Oskar” mükafatına namizəd olub. Həmin rol ona “Qızıl Qlobus” və BAFTA mükafatları qazandırıb. İki il sonra isə “Fil-adam” filmində oynadığı rolla növbəti “Oskar” nominasiyasına nail olub. Kinoda daha çox fiziki və mənəvi iztirablara məruz qalan eksentrik obrazları yaradıb, əksər hallarda ikinci dərəcəli rollara dəvət olunub. Bakalavr-sərkərdə və Britaniya imperiyası Ordeninin komandoru titullarına malik olub. Kinoda ən çox ölən və ya həlak olan aktyor kimi adını rekordlar kitabına yazdırıb. Ekranlarda canlandırdığı personajlardan 48-i ölüb. Daha çox “Gecəyarı ekspressi”, “1984”, “Fil-adam”, “Yadplanetli”, “Əlaqə”, “Hellboy: Küldən qəhrəman”, “Hellboy 2: Qızıl Ordu”, “Bütün qapıların açarı”, “V- Vendetta deməkdir”, “İndiana Cons və Büllur kəllələrin krallığı” və “Harri Potter” haqqında filmlərdə oynadığı rollarla tanınır. “Yadplanetli” filmində canlandırdığı Keyn obrazı kinematoqrafiya tarixinin ən yadda qalan personajlarından sayılır. Dörd dəfə ailə qurub. Sonuncu həyat yoldaşı prodüser Anven Ris Mayersdir. Coan Daltonla sayca üçüncü nikahdan iki oğlu var: Aleksandr və Nikolas. 25 yanvar 2017-ci ildə (77-ci ad günündən 3 gün sonra) Norfolk qraflığında uzun sürən xəstəlikdən sonra vəfat edib. Qohumları onun ölümünü mətbuatdan 3 gün gizli saxlayıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D1%91%D1%80%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç