Metod Men
Reper, prodüser, aktyor
Metod Men 2 mart 1971-ci ildə Hempsteddə (ABŞ) afroamerikalı ailədə dünyaya göz açıb. Valideyinləri boşandıqdan sonra gənc yaşlarında Staten-Aylendə köçüb. Fanatları adətən ona sadəcə Met deyirlər. Aktyor özünə bir çox ləqəblər götürüb. Ən populyarı isə Jhonny Blaze-dir. "Wu-Tang Clan" qrupu Amerikanın hip-hop səhnəsində gedərək populyarlaşdıqca, "Method Man" kollektivin daha şox seçilən üzvünə çevrilir. O "Enter the Wu-Tang: 36 Chambers " debüt albomu üçün solo ifa edən iki nəfərdən biri olub (ikinci "Clan In Da Front" treki ilə GZA olub), və qrupdan kənar solo albomu olan ilk ifaçı olub (Meth, onu məşhur Def Jam Recordings etiketi ilə yazdıra bilən ilk insan olub). Onun bir milyondan artıq nüsxə ilə dövriyyəyə buraxılan "Tical" (1994) adlı debüt solo albomu böyük populyarlıq qazanır və amerika hit-paradlarında 4-cü sırada yer alır. Tezliklə Method Man, Meri Cey Blayc və Redman kimi ifaçılarla əməkdaşlıq etməyə başlayır. "I’ll Be There For You" və "You’re All I Need" sinqllarında Meri Cey Blaycla duetinə görə "Qremmi mükafatına layiq görülüb. Sonra o Tupakın "All Eyez on Me" albomunda " Got My Mind Made Up" mahnısında bir bəndlə öz damğasını vurub. 3 iyun 1997-ci ildə Wu-Tang Clan özünün tezliklə multiplatin olan "Wu-Tang Forever" adlı yeni albomlarını buraxırlar. (bütün dünya üzrə 8 milyondan artıq nüsxəsi satılıb) və "Qremmi" mükafatına namizəd olurlar. Metod Men "Tical 2000: Judgement Day" adlı ikinci solo albomunu 1998-ci ildə buraxıb. O, çox güclü apokaliptik nəzəriyyələrin təsiri altında minilliyin sonu haqqında yazılıb. Albom Amerikanın hip-hop-mədəniyyətində çox yaxşı qəbul olunub: aqressiv ifa tərzi, mətni və birləşdirmələr ona klassik andeqraund hip-hop-tərzi verib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Method_Man