Ellen Barkin
Aktrisa
Ellen Barkin 1954-cü il aprelin 16-da Bronksda anadan olub. Barkin orta təhslini Manhettendə incəsənət məktəbində alıb. Gənc yaşlarından səhnədə olmağı arzulasa da, ancaq təhsilə üstünlük verirdi. 15 yaşında "Hunter" prestijli kollecinin dram fakültəsinə daxil olur. Təhsil haqqını ofisiant işləyərək özü ödəyir. Daha sonra Li Strasberqin məşhur aktyorluq məktəbinə qəbul olur. Əvvəlcə teatr səhnəsində olmağı arzulasa da, yekun qərarı kino aktrisası olur. 28 yaşında Barri Levinsonun “Kafe” filmində debütü olur. Sonra “Şifrə”, “İncə xeyirxahlıq”, “Deniel” kimi filmlərdə epizodik rollarda iştirak edir. 32 yaşında “Böyük həzz” filmində baş qəhrəmanın cazibədar sevgilisini oynayır. Aktrisanın gözəlliyi və cazibədarlığını görən rejissor Cim Carmuş Kann kinofestivalında premyerası baş tutan “Qanundan kənar” filminə dəvət edir. 1987-ci ildə Barkin ”Siesta” filmində müəmmalı hadisənin üstünü açan cəsur paraşütçü rolunda çəkilir. Filmin çəkilişləri zamanı Barkin aktyor Qebriel Birnlə tanış olur. Bu tanışlıqdan sonra ailə quran ulduzlar beş ildən sonra ayrılırlar. Aktrisaya populyarlıq gətirən filmləri isə Al Paçinoyla tərəf müqabili olduğu “Məhəbbət dənizi” və “Yaraşıqlı Co” filmləridir.
1991-ci ildə Ellenin iştirakı ilə “Dəyişmə” filmi ekrana çıxır. Filmdə kişi bədənində yerləşən, lakin sonradan həyat sevgisini tapmaq üçün yerə qayıdan qadın obrazını canlandırır. Bu rola görə Barkin "Qızıl Qlobus" mükafatına namizəd olur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: