Dastin Hoffman

Dastin Hoffman

Aktyor, rejissor

BİOQRAFİYA

Dastin Hoffman 8 avqust 1937-ci ildə Los-Ancelesdə (Kaliforniya, ABŞ) anadan olub. Anası ona sevimli komediya aktyoru Dastin Farnumun şərəfinə Dastin adını verib. Kasıb yəhudi ailəsindən olan Dastinin şöhrətə gedən yolu keşməkeşli olub. O, 1958-ci ildə Nyu-Yorka gedir və aktyorluq kurslarına yazılmaq istəsə də, səhnə görünüşü olmadığına görə qəbul edilmir. Çarəsiz qalıb bəzi mağazalarda satıcı işləyən Dastin? nəhayət, məşhur pedaqoq Li Strasberq tərəfindən Santa-Monika Konservatoriyasının aktyor dərnəyinə qəbul olunur. Sonra “Pasadena Pleyhauz” teatr studiyasında kurslar keçir. 1967-ci ildə Mayk Nikolsun “Məzun gecəsi” filminə - ilk roluna dəvət alır. ”Məzun” filmi uğurlu layihə kimi qiymətləndirilir. O vaxtdan bəri bir çox filmlərə dəvət alan aktyor hər bir rolun öhdəsindən ustalıqla gəlirdi. 1979-cu ildə "Kramer Kramerə qarşı" dramında oynadığı rola görə “Ən yaxşı aktyor” kimi "Oskar"a layiq görülür. 1982-ci ildə “Tutsi” komediyasında özünün komik istedadını nümayiş etdirir. 1988-ci ildə Barri Levinsonun “Yağış adamı” dramındakı Reymond Bebbit roluna görə isə ikinci "Oskar"ını qazanır. 1989-cu ildə Berlin kinofestivalının xüsusi mükafatına layiq görülür. 1999-cu ildə Amerika Kino İnstitutu Dastin Hoffmanı kinoda əldə etdiyi uğurlara görə dəyərləndirir. Aktyor mötəbər mükafatın 27-ci sahibi olur. Altı övlad atası olan aktyorun həyat yoldaşı vəkildir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Dastin_Hoffman

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç