Cenifer Lyuis

Cenifer Lyuis

Aktrisa

BİOQRAFİYA

Cenifer Canet Lyuis 25 yanvar 1957-ci ildə Kinloşda (Missuri ştatı, ABŞ) anadan olub.  Amerikalı aktrisa, prodüser, teleaparıcı və müğənnidir. O Missuri ştatındakı Vebster kollecində təhsil alıb. Daha sonra Nyu-Yorka köçüb və Brodveydə 1979-cu ilin müziklı “Eubie!”də  iştirak edib. Lyuis əsasən bir çox filmlərdə canlandırdığı afro-amerikalı ana obrazı ilə yaddaşlarda qalıb. 1980-ci illərdə Lyuis Bett Midlerin bek-vokalçısı olaraq çalışıb. 1988-ci ildə Los-Ancelesə köçüb və profesional aktrisalıq karyerasına başlayıb. İlk işlərindən biri televiziya komediyası olan “Başqa dünya” komediyasıdır. Ancaq ən diqqət çəkici rolu “Hərəkətə keç, bacı” (1992) komediyasında olub. 1992-ci ildə Lyuis Tina Törnerin bioqrafik filmi olan “Sevgi nəyə qadirdir” filmində rol alıb. Filmdə Törnerin anasını canlandırıb.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D1%8C%D1%8E%D0%B8%D1%81,_%D0%94%D0%B6%D0%B5%D0%BD%D0%B8%D1%84%D0%B5%D1%80

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç