Nik Sirsi
Aktyor, rejissor, ssenarist, prodüser
Nik Sirsi 7 mart 1959-cu ildə Şimali Karolin ştatının Kallouhi şəhərində anadan olub. Məktəbi doğma şəhərində bitirib, daha sonra incəsənət məktəbi, ardınca isə Şimali Karolina universitetində oxuyub. 1982-1989-cu illərdə Nyu-Yorkda yaşayıb və Brodvey tamaşalarında səhnəyə çıxıb. “Kabare”, “Oğlanlar və kuklalar” kimi populyar tamaşalarda iştirak edib. Şimali Karolinaya qayıtdıqdan sonra yerli tamaşalara qatılıb. “Şimşəkli günlər”, “Axınların hökmdarı”, “Qızarmış yaşıl pomidorlar” kimi bədii filmlərdə epizodik rollarda yer alıb. Eyni zamanda bir neçə televiziya seriallarında çəkilib. “Xəfiyyə Neş Brics” və “Qətl” kimi reytinqli seriallara qonaq olaraq dəvət alıb. 1998-2001-ci illərdə “Yeddi gün”, 2004-2006-cı ildə “Rodni” serialında çəkilib. 2014-cü ildə “Süni intellekt” serialının çəkilişlərində iştirak edib. 1996-cı ildə Şon Bricsin ssenarisi əsasında qoyulmuş “Paradayz-Folls” tamaşasında prodüser, aktyor, rejissor qismində çıxış edib. 2004-cü ildə Sirsi “Riçard Niksona sui-qəsd” adlı filmdə Şon Penlə birgə çəkilir. 2010-cu ildə “Ədalət” serialında baş qəhrəmanın surroqat atası roluna çəkilib. Kinoda daha çox: “Suyun şəkli” (2017), “Hər şeyi dəyişən insan” (2011), “Acı Həqiqət” filmlərində oynadığı rollarla tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B8%D1%80%D1%81%D0%B8,_%D0%9D%D0%B8%D0%BA