Stiv Buşemi
Aktyor, rejissor
Stiv Buşemi 13 dekabr 1957-ci ildə Nyu-Yorkda (ABŞ) anadan olub. İtalyan və irland mənşəli ailənin Stivdən başqa üç övladı da var idi. Stiv Lonq-Aylenddə “Uelli-Strim Sentral” məktəbini bitirib. Məktəb teatrına maraq göstərən Buşemi məzun olduqdan sonra Qarden Sitidə İncəsənət kollecinə qəbul olunur. Lakin ikinci semestrdə kollecdən qovulur. Sonra Li Strasberqin institutuna qəbul olunur və təhsil ödənişini vaxtında çatdıra bilmək üçün müxtəlif işlərdə çalışır. Teatr tamaşalarının birində Bill Şervud Stiv Buşeminin istedadını görür və onu İlk dəfə QİÇS mövzusuna toxunulan “Vida baxışları” filminə dəvət edir. İstedadlı aktyorun karyerası belə başlayır. O, Ceyms Ayvori, Cim Carmuş, Koen qardaşları, Kventin Tarantino kimi rejissorlarla işləyərək, müstəqil kinonun ulduzuna çevrilir. 1990-cı ildə Buşemi çəkiliş meydanında ilk dəfə Koen qardaşları ilə “Millerin yolayrıcı” və “Barton Fink” filmlərinə çəkilərkən tanış olur. Stiv Buşeminin ən məşhur rolları Koen qardaşlarının “Farqo” dramındakı Karl Şoulet və “Böyük Lebovski” filmində Donni obrazlarıdır. Karyerası boyunca Buşemi 50-yə yaxın filmdə çəkilib. 1996-cı ildə “Ağaclar arasında istirahət” filmini rejissorluq debütü olaraq çəkib. Buşemi aktrisa və rejissor Co Anderslə ailə qurub və 1997-ci ildə Lusian adlı oğlu dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Steve_Buscemi