Vanessa Qlodyo
Aktrisa
Vanessa Qlodyo (Vanessa Glođo ) – boşnak aktrisadır. 8 iyun 1974-cü ildə Sarayevo şəhərində anadan olub. Balkan müharibəsindən bəhs edən, rejissor və aktrisa Ancelina Colinin “Qan və Bal Diyarında” (İn the Land of Blood and Honey, 2011) filmində oynadığı rolla beynəlxalq şöhrət qazanıb. Bundan başqa “Ja sam iz Krajine, zemlje kestena” (2013) filmində oynadığı rola görə tanınır. Bosniya müharibəsi zaman Qlodyo snayper atəşi nəticəsində ayağından yaralanıb. Ancelinə Colinin rejissoru, ssenaristi və prodüseri olduğu “Qan və Bal Diyarında” filmində Leyla rolunu oynayıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Vanessa_Glodjo