Zana Maryanoviç

Zana Maryanoviç

Aktrisa

BİOQRAFİYA

Zana Maryanoviç bosniyalı kino, televiziya və teatr aktrisasıdır. Bosniya parlamentinin deputatıdır. “55-ci Kamera teatrı” (Sarayevo) truppasının daimi üzvüdür. “Magacin Kabarea” qeyri-kommersiya peşəkar təşkilatının təsisçisi və prezidentidir. Zana Maryanoviç 31 may 1983-cü ildə Sarayevo şəhərində anadan olub. Atası Qoran Maryanoviç tanınmış sarayevolu restorator olub. 1987-ci ildə anasının təkidi ilə bütün ailə Nyu-Yorka köçüb. Orta təhsilini Fiorello La Guardia musiqi və incəsənət məktəbində alıb. Daha sonra Sarayevo incəsənət akademiyasında oxuyub. Ona ilk şöhrət gətirən rolu, 2008-ci ildə ekranlara çıxmış “Qar” filmində Alma rolu olub. 2010-cu ildə Ancelina Colinin rejissor debütü sayılan “Qan və Bal Diyarında” müharibə dramında baş qadın rolunu oynayıb. 2007-ci ildə “Sinifin düşməni” adlı tamaşada “Kobra” adlı obrazı canlandırıb. Tamaşaya Sarayevoda mərkəzləşmiş “East West Theatre Company” qeyri-kommersiya maarifləndirmə təşkilatının dəstəyi ilə quruluş verilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D1%8C%D1%8F%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87,_%D0%97%D0%B0%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç