Anna Kendrik

Anna Kendrik

Aktrisa

BİOQRAFİYA
Anna Kendrik 9 avqust 1985-ci ildə Portlenddə (Men ştatı, ABŞ) anadan olub. Anna ilk dəfə 1998-ci ildə “High Society” müziklında aktrisa kimi iştirak edib. Bu rola görə “Dram Desk” və “Toni” mükafatlarına namizəd göstərilib. Həmçinin “Kiçik gecə musiqisi” muziklında da rol alıb. 2003-cü ildə “Düşərgə” filmi ilə kinoda debüt edib və “Müstəqil ruh” mükafatına namizəd göstərilib. Daha sonra “Rocket Science” filminə çəkilib, film elə böyük uğur qazanmasa da, aktrisanın bu filmdəki rolu tənqidçilər tərəfindən yüksək qiymətləndirilir və "Ən yaxşı aktrisa" kimi “Müstəqil ruh” mükafatına namizəd göstərilir. 2008-ci ildə Stefan Mayerin eyniadlı əsəri əsasında çəkilmiş “Alatoranlıq” filminə çəkilib. 2010-cu ildə “21st Annual Palm Springs International Film Festival”da “Səmada” filmindəki roluna görə “İlin Yüksələn Ulduzu” adını qazanıb. Bu filmdəki roluna görə “Oskar”, “Qızıl Qlobus”, “Screen Actor Guild Awards” və BAFTA mükafatlarına namizəd göstərilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Anna_Kendrick
FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç