C.F. Louton
Ssenarist, rejissor, prodüser
Conatan Frederik Louton (ing. Jonathan Frederick Lawton ) – amerikalı ssenarist, prodüser və rejissordur. 11 avqust 1960-cı ildə ABŞ-da anadan olub. Onun imzasını daşıyan blokbasterlər arasında “Mühasirədə” (Under Siege), “Mühasirədə 2” (Under Siege 2: Dark Territory) “Ovlanmış” (The Hunted), “Zəncirvari reaksiya” (Chain Reaction), “Ölü ya Diri” (DOA: Dead or Alive), “Gözəlçə” (Pretty Woman) filmlər yer alır. Orta məktəb illərindən bəri qısa hekayələr, pyeslər və ssenarilər yazıb. Riversay şəhərinin John W. North High School orta məktəbini bitirdikdən sonra Kaliforniya Dövlət Universitetinə daxil olub və rejissorluq üzrə ali təhsil alıb. İlk peşəkar işləri “Artist” və “İntibah” (Renaissance) adlı iki qısametrajlı bədii film olub. İkincisi bir gecəyə şikarlarını amansızlıqla öldürən sadist seksual manyakdan bəhs edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/J._F._Lawton